KÜLƏK EROZİYASI

torpağın, qumun və ana süxurun sovrulması prosesi. K.e. şiddətli küləklərin təsirindən yüngül mexaniki tərkibli torpaqların, narın qumların sovrulub aparılması şəklində müşahidə olu-nur. K.e.-nın əmələ gəlməsinə iqlimin quraq olması, şiddətli küləklərin əsməsi, sahədə bitki örtüyünün zəif (seyrək) olması və ya heç olmaması səbəb olur. Şoran torpaqlarda duzlar külək vasitəsilə sovrularaq başqa yerlərə aparılır (impulverizasiya). K.e. xalq təsərrüfatına böyük ziyan vurur. Abşeron yarımadasında K.e.-nın gətirdiyi qum yolları, su kəmərlərini, bağları basıb örtür. Bunun təmizlənməsi üçün çoxlu vəsait tələb olunur. K.e.-nın qarşısını almaq üçün mexaniki və canlı çəpərlərdən istifadə etmək məsləhət görülür. Qumları bərkitmək üçün Abşeron şəraitində innab, püstə, zeytun, əncir, xartut, dəfnə, eldar şamı, nazkolu və s.-dən istifadə edib meşə-bağların və üzümlüklərin salınması mühüm tədbir sayılır.
KÜLƏK ENERJİSİ
KÜLƏYƏ QARŞI MEŞƏ ZOLAQLARI
OBASTAN VİKİ
Külək
Külək və ya Yel — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Buzlaq eroziyası
Su eroziyası
Su eroziyası - adətən torpağın bütöv bitki örtüyü ilə mühafizə olunduğu landşaft zonalarında müşahidə olunur. == Azərbaycanda su eroziyası == Respublikamızda su eroziyası dağlıq regionda daha çox yayılmışdır. Burada erzoiyanın güclü getməsinin əsas səbəbləri dik yamaclarda meşələrin qırılması və eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirməkdən yamacların şumlanması, dağ-çəmən zonasında isə çim qatının dağıdılmasıdır. Belə sahələrdə, yağış suları torpağa hopa bilmədiyindən səthi su axımı əmələ gətirir və torpağı yuyub aparır, bir çox hallarda isə qobu yarğanların əmələ gəlməsinə səbəb olur. Bu isə çay hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib, çıxarır. Bu cür arzuolunmaz hala demək olar ki, respublikamızın bütün dağlıq regionlarında rast gəlmək mümkündür. Böyük Qafqaz dağlarının şərq qurtaracağında axan çayların hövzələrində meşələrin yaxşı mühafizə olunmaması ilə əlaqədar olaraq eroziya prosesi intensiv inkişaf edir.
Yataq eroziyası
Yataq eroziyası (rus. русловая эрозия, ing. channel erosion) — əsasən daşqın və sel zamanı çay yatağının (məcrasının) yuyulması. Yataq eroziyası yan və dərinlik eroziyasına ayrılır.
Çay eroziyası
Gilavar (külək)
Gilavar — il ərzində Azərbaycan şərq ərazisində, xüsusən də Abşeron yarımadasının Bakı və Sumqayıt şəhərləri, Şamaxı rayonu ərazisində əsən isti cənub küləyinin adıdır. Xəzri ilə birlikdə Abşeron yarımadasında əsən iki əsas küləkdən biridir. Əsasən yay ayları müşahidə edilir. Bununla belə ilin digər mövsümlərində müşahidəsi mümkündür. Qurudan dəniz istiqamətində əsir. Yay ayları əsdikdə havanın tempuraturunu artırır, rütubəti azaldır, insanda tənəffüsü çətinləşdirir. Qış və yaz ayları havanın temperaturunu mülayimləşdirir. Gilavar sözünün etimologiyası Azərbaycanın şərqində danışılan Tat dili ilə bağlıdır. Bu söz Tat dilindəki gilə (gilə) və var (külək) sözlərinin birləşməsindən yaranmışdır.
Katabatik külək
Katabatik külək (yun. κατάβασις, katabasis - enmə, eniş), həmçinin düşmə - yer səthinin yamaclarına (dağ keçidlərindən) aşağı yönəlmiş sıx və soyuq hava axını, həmçinin kumulonimbus buludlarında enən soyuq hava axınları. Bütün enmə küləkləri katabatik deyildir. Məsələn, fön, şinuk və ya berqvind kimi küləklər yağış kölgələrinin küləkləridir, burada dağ silsiləsinin küləkli tərəfindən qalxdıqda hava nəmini itirir və quru və isti tərəfdən enir. Katabatik külək dağların ətəyinə soyutma gətirir ki, bu da hava kütlələri endikdə adiabatik proses ilə kompensasiya olunmur. Katabatik küləklər qasırğa sürətinə çata bilər - Mak-Murdonun quru vadilərində saatda 320 km-ə qədər sürətlənir. Enən küləklər bir çox dağlıq ölkələrdə və sahillərdə də bilinir. Norveçdə belə küləklər elvequst, Rio-de-Janeyroda terre-altos, Yaponiyada iros, Kaliforniyanın cənubunda Santa-Ana küləyi adlanır. Ən çox ifadə vasitələri isə bora, buzlaq küləyi, katabatik külək, mistral və başqalarıdır. == Nəzəriyyə == Katabatik külək havanın yaylada, dağda, buzlaqda və hətta bir təpədə radiasiya ilə soyumasından qaynaqlanır.
Külək (dəqiqləşdirmə)
Külək
Külək (superqəhrəman)
Külək dalğaları
Külək dalğaları — Dənizlər çox az hallarda sakit olur. Hətta küləklər əsməsə belə onun səthində daim yüngül xəfif dalğalar yaranır. Küləklərin sürəti yüksəldikcə dənizlərdə mənzərə ani olaraq dəyişir. Bu zaman dalğalar yüksəlir,onlar arasındakı məsaf artır. Əvvəlcə sahilə alçaq,bir-birinə paralel olan bəndlər ardıcıl sıralarla gedir. Tədricən külək güclənir, dalğalar da təpələr formasını alır. Ymaclar çökəklik və yallarla bir-birindən ayrılır, yallarda köpüklər əmələ gəlir. Köpüklər dalğaların yamaclarında zolaqlar şəklində uzanır, havaya su damcıları uçur. Köpüklər dənizi ağ rəngə boyayır. Dalğalar küləyin təsirilə yaranır (sürəti 1m/san-dən çox olduqda) və onun gücü küləyin sürətindən asılıdır.
Külək enerjisi
Külək enerjisi — küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər. Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Küləyin gücündən çox köhnə illərdən bəri faydalanırlar . Külək gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir. Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur.
Külək turbini
Külək turbini — küləyin kinetik enerjisini mexanik enerjiyə çevirən fırlanan mexanizmdir. Əgər mexanik enerji birbaşa istehsalda (nasos, bülov daşı) istifadə olunursa, o halda mexanizm yel dəyirmanı adlanır. Əgər mexanizm mexanik enerjini elektrik enerjisinə çevirərsə, onda o külək generatoru, külək turbini, aerogenerator adlanır. = Şəraitlər = Külək turbinlərin tikintisi daimi olaraq sürətli küləklərə malik olan yerləri tələb edir. Bu şəraitləri analiz edəndə külək turbininin istehsal edilidiyi enerjinin miqdarını qiymətləndirmək mümkün olur. Tikiliş üçün uyğun yerləri təyin etməkdə ən çox istifadə olunan meyar – Külək Gücünün Sıxlığı KGS (ingiliscə: Wind Power Density – WPD). Bu müəyyən yerdə küləyin gücünün qiymətləndirilməsi deməkdir və hündürlükdən asılıdır. Müəyyən ərazi üçün rəngli qeydlərlə xəritələr tərtib olunur, misal üçün "İllik Orta Külək Gücünün Sıxlığı 50 metr hündürlüyündə. = Növlər = Turbinlər onların fırlandığı istiqamətdən asılı olaraq iki növə bölünə bilər: Horizontal istiqamətdə fırlanan turbinlər – daha yayılmış növdür. Vertikal istiqamətdə fırlanan turbinlər – nisbətən daha az istifadə olunurlar.
Xəzri (külək)
Xəzri və ya Bakı nordu – Abşeron yarımadasında və onun ətraf zonasında əsən güclü şimal küləyi. == Xarakteristikası == Xəzri küləyinin sürəti 10 m/san-dən çox olur, bəzən 40–42 m/san-yə çatır. Adətən, 1-3 sutka, bəzən bir həftəyədək davam edir. İldə 100 dəfəyədək təkrarlanır. Qüvvətli xəzri təsərrüfat fəaliyyətini pozur, dənizdə iri dalğalar (hünd. 10–11 m-dək), güclü axınlar yaradır, dəniz nəqliyyatına və hidrotexniki qurğulara zərər verir. Xəzri havanı kəskin dəyişdirir. Qışda havanı soyudur, bəzən çoxlu qar yağmasına, çovğuna səbəb olur, yayda havanı xeyli sərinlədir, hərdənbir yağıntı gətirir. Xəzri zamanı Bakı və Sumqayıt şəhərlərinin havası zərərli qaz və tüstüdən təmizlənir. Xəzri böyük külək enerjisinə malikdir.
Külək adaları
Külək adaları (ing. Windward Islands) — Karib dənizində yerləşən və Antillər arxipelaqının bir hissəsi olan ada qrupudur. Onlar əsasən Kiçik Antillər bölgəsində yerləşir və Karib dənizi ilə Atlantik okeanı arasında yerləşən mühüm coğrafi mövqedədirlər. "Külək Adaları" adı, Avropa kəşfiyyatçılarının adaları Karib dənizindəki dominant şərq küləkləri istiqamətinə görə adlandırmalarından gəlir. "Windward" ifadəsi külək istiqamətinə doğru yerləşən yerləri göstərir. == Coğrafi mövqe və adalar == Külək Adaları adətən Karib dənizinin şərqindəki adaları əhatə edir. Onlar, Cənubi Amerika qitəsinə daha yaxın yerləşərək, Karib dənizindən əsən şərq küləklərinə birbaşa məruz qalır. Adalar şimala doğru Livard adaları ilə qonşudur. Külək Adalarına aşağıdakılar daxildir: Dominika Martinika Sent-Lusiya (Saint Lucia) Sent-Vinsent və Qrenadin (Saint Vincent and the Grenadines) Qrenada (Grenada) Bəzən Barbados, Trinidad və Tobaqo da bu qrupun bir hissəsi kimi təsvir edilir, lakin coğrafi və tarixi fərqliliklər mövcuddur. == Tarixi == Külək Adalarının ilk sakinləri Aravaklar və Karib xalqları olub.
Külək telefonu
Külək telefonu (風の電話, kaze no denva) – Yaponiyanın İvate prefekturasının Otsuçi qəsəbəsində yerləşən, xəttə qoşulmamış telefon köşkü. Ziyarətçilərin ölən yaxınları ilə birtərəfli söhbət etmələri üçün quraşdırılmışdır. Kuzeninin ölümünün öhdəsindən gəlmək istəyən İtaru Sasaki tərəfindən 2010-cu ildə yaradılmışdır. 2011-ci ildə baş verən, Tohoku regionundakı 15.000-dən çox insanın ölümünə səbəb olan Tohoku zəlzələsi və sunamisindən sonra ictimaiyyətə açılmışdır. Külək telefonunu 30.000-dən çox şəxs ziyarət etmişdir. Dünyada bir neçə replikası yaradılmış, bir neçə roman və film üçün ilham mənbəyi olmuşdur. == Yaradılması == Otsuçi qəsəbəsindən olan bağ dizayneri İtaru Sasaki 2010-cu ildə kuzeninin xərçəng olduğunu və 3 aylıq ömrü qaldığını öyrənmişdir. Kuzeninin ölümündən sonra Sasaki bağçasında yerləşən köhnə telefon köşkünü 2010-cu ilin dekabrında "külək telefonu"na çevirmişdir. Beləcə, ölən kuzeni ilə "danışaraq" onunla hələ də əlaqə saxladığını hiss etmək istəmişdir. Sasakiyə görə külək telefonu spesifik dini məqsəd üçün yox, sadəcə itkisini əks etdirməyin bir yolu kimi yaradılmışdır.
Nivasiya (qar eroziyası)
Nivasiya, qar eroziyası (rus. нивация, ing. nivation) — ekzogen relyef əmələgətirici proses, əsasən qütb, subqütb və yüksək dağlıq rayon­larda qarın təsiri altında baş verir. Bunun üçün havanın tempe­ratu­runun suyun donma həddi ətrafında tərəddüdü və ərimiş qar suyunun olması vacib şərtdir.
Uşaqlıq boynunun eroziyası
Amneziya adlı külək
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir.
Külək:Bozqurdun sirri
Külək - Bozqurdun sirri - Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı Külək trilogiyasından olan sayca ikinci romandır. Bu əsərdə seriyanın ilk kitabı olan Külək - Yel kürəsinin şahzadəsi romanında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. == Kitab haqqında fikirlər == Qənirə Paşayeva, millət vəkili - Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır.
Külək (film, 1959)
"Külək" (rus. Ветер) — inqilab mövzusunda ağ-qara lentə çəkilmiş sovet filmidir. Aleksandr Demyanenkonun kinoda ilk roludur. == Məzmun == Hadisə Rusiyada vətəndaş müharibəsi zamanı baş verur. Ağların (ağqvardiyaçıların) ərazisində olan parovoz deposunun fəhlələri Moskvaya komsomolun birinci qurultayına adlı 3 nümayəndə göndərirlər: Fyodor (E.Bredun), Nastya (T.Loginova) və Mitya (A.Demyanenko). Moskvaya qədər gedilməli olan 1500 km yol əsasən ağların əlində olan ərazidən keçir. Yolda Fyodoru ağqvardiyaçılar həbs edirlər, lakin o, dostların, eləcə də sahibsiz uşaq və Mari adlı yüngül əxlaqlı qadının (E.Lejdey) köməkliyi ilə azadlığa qaça bilir. Mari və sahibsiz uşaq nümayəndələrə qoşulur, sonradan Mari öz həyatı hesabına yerdə qalanların hamısını xilas edir. Moskvaya kimi yalnız 2 nəfər: Fyodor və uşaq gedib çatırlar, Mitya və Nastyanı isə ağlar öldürürlər. Fyodor qurultayda çıxış edir və odlu nitq söyləyir, bolşeviklər partiyasına sədaqətə and içir.
Külək - Bozqurdun sirri
Külək - Bozqurdun sirri - Azərbaycanlı yazıçı Xülya Cəfərova tərəfindən yazılmış Azərbaycan ədəbiyyatında süjet xəttində superqəhrəmanların yer aldığı Külək trilogiyasından olan sayca ikinci romandır. Bu əsərdə seriyanın ilk kitabı olan Külək - Yel kürəsinin şahzadəsi romanında təsvir olunan mübarizə fərqli məkanda davam edir. Əsərin əsas qəhrəmanı Külək artıq böyüyüb və indi təkcə vətəni Yel kürəsini yox, həm də buzların əsir aldığı anası Umayı, Mirvari planetini də xilas etməlidir. Bütün kainatı gözləyən təhlükədə isə ona ən böyük himayədarı və qoruyucusu Bozqurd, şahzadə İnci və fövqəlgüclərə malik insan - Qaya kömək edəcək. == Kitab haqqında fikirlər == Qənirə Paşayeva, millət vəkili - Bu roman insanlara daxillərindəki superqəhrəmanı üzə çıxarmağa kömək edir. Ədəbiyyatımızda ilk milli superqəhrəman olan Külək Azərbaycan və ümumtürk dəyərlərini özündə ehtiva edir. Roman gənclərimiz üçün özünükəşfə çağırışdır.
Külək elektrik stansiyası
Külək elektrik stansiyası (KES) — küləyin enerjisini elektrik enerjisinə çevirən stansiya.
Külək üstü boğazı
Külək üstü (boğazı) — Karib dənizi ilə Atlantik okeanı birləşdirir. Kuba adasını Haiti adasından ayırır. Yamayka boğazının cənub-qərb davamını təşkil edir. Eni 77 km, maksimal dərinliyi 1700 m təşkil edir. Avropadan ABŞ-nin qərbinə (Panama kanalı) gedən əsas dəniz yolu üzərində yerləşir. Kubanın quantanama vilayətindən Haitinin işıqları açıq-aydın görünür.
Maksimal külək sahələri
== Külək == Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Otsuçi külək telefonu
Külək telefonu (風の電話, kaze no denva) – Yaponiyanın İvate prefekturasının Otsuçi qəsəbəsində yerləşən, xəttə qoşulmamış telefon köşkü. Ziyarətçilərin ölən yaxınları ilə birtərəfli söhbət etmələri üçün quraşdırılmışdır. Kuzeninin ölümünün öhdəsindən gəlmək istəyən İtaru Sasaki tərəfindən 2010-cu ildə yaradılmışdır. 2011-ci ildə baş verən, Tohoku regionundakı 15.000-dən çox insanın ölümünə səbəb olan Tohoku zəlzələsi və sunamisindən sonra ictimaiyyətə açılmışdır. Külək telefonunu 30.000-dən çox şəxs ziyarət etmişdir. Dünyada bir neçə replikası yaradılmış, bir neçə roman və film üçün ilham mənbəyi olmuşdur. == Yaradılması == Otsuçi qəsəbəsindən olan bağ dizayneri İtaru Sasaki 2010-cu ildə kuzeninin xərçəng olduğunu və 3 aylıq ömrü qaldığını öyrənmişdir. Kuzeninin ölümündən sonra Sasaki bağçasında yerləşən köhnə telefon köşkünü 2010-cu ilin dekabrında "külək telefonu"na çevirmişdir. Beləcə, ölən kuzeni ilə "danışaraq" onunla hələ də əlaqə saxladığını hiss etmək istəmişdir. Sasakiyə görə külək telefonu spesifik dini məqsəd üçün yox, sadəcə itkisini əks etdirməyin bir yolu kimi yaradılmışdır.

Digər lüğətlərdə